• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Polietilen torbalar pullu olsun”-Marketlər şəbəkəsindən çağırış 

GÜNDƏM

23 Avqust 2021 | 09:17

“Polietilen torbalar pullu olsun”-Marketlər şəbəkəsindən çağırış

Xəbər verdiyimiz kimi, xidmət obyektlərində plastik materialların istehlakçıya satılması və ya verilməsi hallarına rast gəlinər. Belə ki, marketlərdə qanuna nə alıcılar, nə də satıcılar əməl etmir. Hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları hətta bir neçə sellofan torba ilə evə aparır.

Məsələ ilə bağlı marketlər şəbəkəsinə informasiya sorğusu göndərmişik.   

“Rahat” supermarketin Marketinq departamentinin rəhbəri Kənan Şirinov Bakıvaxtı.az-a bildirib ki, qanun icrası ilə bağlı olaraq “Rahat” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə çalışır: “Tək biz deyil, digər şəbəkələr də var. Hətta bir neçə dəfə görüşlərdə olmuşuq. Bizim təchizat şöbəsinin rəhbərliyi də hətta bu məhsulların alışı ilə məşğul olan satınalma şöbəsinin meneceridir. Onlarla birlikdə, hətta rəhbərliklə birgə iclasda da olub. Odur ki, məhdudlaşdırma ilə bağlı bizdə tədbirlər görülüb. 15 mikron məsələsi var, hansı ki, polietilen torbalara bağlı 15 mikron və ondan çox olan torbalar istifadə olunur. Digər marketlərdə, yerlərdə necədirsə, bizdə də elə. Ümumiyyətlə, 15 mikrondan az olan paketlərin satışı ümumiyyətlə yoxdur, nəinki müştərilərə kassada alış zamanı verilməsi yoxdur. Qaldı ki, birdəfəlik qablar, həmçinin onlar da ləğv olunub, əvəzində bio və nazirliyin tələblərinə uyğun qablar yerləşdirilib. Bizim bununla bağlı heç bir sıxıntımız, problemimiz yoxdur, tədbirlər görülür”,-deyə K.Şirinov bildirib.

O, qeyd edib ki, paketlərin ümumiyyətlə məhdudlaşdırılması ilə məsələ nazirliliyin əməkdaşları ilə görüş zamanı da bunu müzakirə edilib: “Təəssüf ki, müştərilər onlara təqdim olunan qiyməti bir qədər yüksək olan paketlər (parça tipli, kağız tipli və s.) var ki, onlara pul ödəmirlər. Reallıq budur ki, nə qədər bizdə polietilen torbalar pulsuz olacaq və kasada veriləcək müştərilər də elə ondan istifadə edəcəklər. Çox təsadüf müştəri var ki, bizdən götürdükləri bio paketləri, parçadan hazırlanmış və s. onlarla birlikdə təsadüfən gəlirlər. Ona görə ən yaxşı halda o vaxt qərar qüvvəyə minə bilər ki, paketlər yığışdırılsın və pullu olsun. Müştərilər həmin paketi məcburən pul ilə alıb ondan istifadə etməli olsunlar. Biz hələki müştərilərin tələbinə uyğun olaraq əvvəlki kimi selofan paket veririk, ancaq təbii ki, 15 mikrondan yuxarı”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR