• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Polis zabitinə xəsarət yetirən qadına cinayət işi başlandı

CƏMİYYƏT

03 Iyul 2021 | 12:33

Polis zabitinə xəsarət yetirən qadına cinayət işi başlandı

Ağdamda bolis zabitinə hücum edən qadına qarşı cinayət işi başlanıb.

Ağdam rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumatda bildirilir ki, iyulun 1-də Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026