Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Lalə Azərtaş daha bir çıxışı ilə gündəmə gəlib. Sosial şəbəkələrdə Lalə Azərtaşın səsləndirdiyi “Türkiyə evimizdir - evimiz yanır” ifadəsinin əslində şair Ulucay Akifə aid olduğu müzakirə edilir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Lalə Azərtaş bildirib ki, bununla bağlı heç bir reaksiya bildirmək istəmir: “Mən hazırda rayonda şəhid ailələri ilə görüşürəm. Mən bu barədə o qədər məlumatlı deyiləm. Mənə uşaqlar ordan-burdan məlumat bildikcə deyirlər. Mən öz işlərimlə məşğulam və bu barədə heç nə danışmaq istəmirəm. Mən həmişə öz yolumu bildiyim kimi də davam edirəm. Hamının Allah ürəyinə görə verir”.
Lalə Azərtaş qeyd edib ki, sabah çox yaxşı bir iş gör, görəcəksən ki, onun əksini tapan olacaq: “İnsanlar bir söz deməzdən əvvəl araşdırmalıdırlar. Bir cümləyə görə “eynidir” demək olmaz. Ona görə də mən başımı qaldırıb ancaq göydəki Allahla hesablaşıram. Başqa kiməsə hesabat... mümkün olan şey deyil. Mən münasibət bildirmək istəmirəm. Biz o qədər həssas dönəmimizdəyik ki! Camaat Türkiyədə yanır, burdakılar oğul dərdi ilə yanır. Onlar isə düşüblər nəyin arxasına”.
Nuranə Daxilqızı
















