• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisin duracağa yerləşdirdiyi avtomobil qarət edilib? - İDDİA + VİDEO

CƏMİYYƏT

04 Oktyabr 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

Polisin duracağa yerləşdirdiyi avtomobil qarət edilib? - İDDİA + VİDEO

Bakıda polisin duracağa yerləşdirdiyi avtomobilin qarət edildiyi iddia olunur.

Bakıvaxtı.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu iddianı hazırda paytaxtda yaşayan Şirvan şəhər sakini Yusif Qarayev səsləndirib.

O bildirib ki, sentyabr ayının 1-də Babək prospektində onun avtomobilini polis saxlayıb. Avtomobil polis əməkdaşının göstərişinə əsasən Yasamal rayonu ərazisindəki müvəqqəti duracağa aparılıb.

Yusif Qarayev avtomobilinə ümumilikdə 5000 manata yaxın ziyan dəydiyini deyir. O, artıq bununla bağlı aidiyyəti üzrə müraciət də edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirib ki, həmin avtomobil barəsində ödənməmiş cərimələrə görə həbs qərarı çıxarılıb və bu səbəbdən duracağa qoyulub. Araz Əsgərlinin sözlərinə görə, belə hadisə həmin duracaqda və ümumilikdə paytaxt ərazisindəki duracaqlarda ilk dəfədir yaşanır.

Azar Əsgərli qeyd edib ki, bütün hallarda məsələ araşdırılacaq və hadisəni törədənlər müəyyən edilərək fakta hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026