• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağalı kəndinin daha 6 sakini işlə təmin edildi

CƏMİYYƏT

02 Noyabr 2022 | 17:51

Ağalı kəndinin daha 6 sakini işlə təmin edildi

Zəngilan rayonunun Ağalı kəndinin daha 6 sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat verilib.

Onlardan Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib. Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Ağalı kəndinin 46 sakinini işlə təmin edib, bir qrup şəxsin də məşğulluğunun təminatı üçün işlər aparılır. Kənd sakinlərindən 12 nəfər isə peşə hazırlığına cəlb edilib.


Ağalı kəndinin daha 6 sakini işlə təmin edildiAğalı kəndinin daha 6 sakini işlə təmin edildiAğalı kəndinin daha 6 sakini işlə təmin edildiAğalı kəndinin daha 6 sakini işlə təmin edildiAğalı kəndinin daha 6 sakini işlə təmin edildiAğalı kəndinin daha 6 sakini işlə təmin edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026