• Bakı 16° C

    6.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Polşa Ukraynaya ayırdığı yardımın həcmini açıqlayıb

DÜNYA

25 Aprel 2024 | 17:01

Polşa Ukraynaya ayırdığı yardımın həcmini açıqlayıb

Ölkəmiz iki il ərzində Ukraynaya 9 milyard dollar məbləğində yardım edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Seymdə çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

    O deyib ki, bu məbləğə Polşaya gələn miqrantlara göstərilən dəstək daxil deyil.

    R. Sikorski rəsmi Varşavanın “Böyük Yeddilik” ölkələrinin Ukrayna üzrə çoxillik öhdəliklərlə bağlı bəyannaməsini imzaladığını xatırladıb.

    Qeyd edək ki, son aylarda Avropa İttifaqı bu ölkəyə 42 milyard avro dəyərində maliyyə dəstəyi verib. Bu göstəriciyə görə o, ABŞ-dən 1,1 milyard dollar geri qalır. Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinin ilk günündən bu yana göndərdiyi dəstəyin ümumi həcmi isə 89,9 milyard avro təşkil edir.


    SON XƏBƏRLƏR

    04 May 2024