• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşada kömür mədənində partlayış - Ölənlər və yaralananlar var

CƏMİYYƏT

20 Aprel 2022 | 17:18

Polşada kömür mədənində partlayış - Ölənlər və yaralananlar var

Polşanın cənub-qərbində “Pnevek” kömür mədənində metan qazının partlaması nəticəsində 5 mədənçi həlak olub.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Mateuş Moraveçki açıqlayıb.

Məlumata görə, mədəndə iki partlayış qeydə alınıb.

Onun sözlərinə görə, 20-dən çox insan ağır xəsarət alıb.

Bildirilir ki, birinci partlayış gecə baş verib. Nəticədə bir neçə mədənçi dağıntılar altında qalıb. Xilasetmə əməliyyatı zamanı ikinci partlayış olub.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026