Premium-klass mənzillər inşa edən “Draft Construction” MMC dövlətə borcunu ödəyə bilmir.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumat bazasında şirkətin dövlət büdcəsinə 1 milyon 198 min 370 manat borcu olduğu bildirilir.
Elektron məhkəmə sistemində olan son məlumata görə, hazırda bu tikinti şirkətinə qarşı məhkəmələrdə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə işlərə baxılır.
Şirkət fəaliyyət göstərdiyi müddətdə "Pilot layihə yaşayış kompleksi", "Quba Olimpiya kompleksi" və "Quba hotel"in tikinti və yenidən qurmasını həyata keçirib.
Həmçinin, hal-hazırda "Nasimi Residence" yaşayış kompleksinin tikintisini davam etdirməkdədir.
İbRa




jpg-1659702650.webp)











