• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Prezident: Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

SİYASƏT

13 Mart 2025 | 12:17

Prezident: Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.


SON XƏBƏRLƏR