• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTO

SİYASƏT

23 Noyabr 2022 | 13:52 | Müəllif: Qalib İbrahimoğlu

İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTO

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.


İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTOİlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026