• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

GÜNDƏM

13 Iyul 2021 | 17:34

Prezident “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqlədi

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib. 

Dəyişikdən əvvəl yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota aldığı gündən bir ay ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verirdilər.

Yeni qanunla yerli özünüidarəetmə orqanlarının uçotdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməsi hissəsi ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026