• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Prezident: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

SİYASƏT

16 Aprel 2024 | 13:31

Prezident: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.

    Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlət başçısı bildirib: “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Sentyabr 2026
    04 Sentyabr 2026