• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezidentin rektor təyin etdiyi Natiq Əliyev kimdir? - DOSYE

CƏMİYYƏT

15 Fevral 2023 | 15:35

Prezidentin rektor təyin etdiyi Natiq Əliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ömər Eldarovu Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Natiq Əliyev Rəssamlıq Akademiyasının rektoru təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, "Fərqlənmə diplomu" ilə bitirib. 1978-1983-ci illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alıb. 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub.

Natiq Əliyev Azərbaycan Dövlət Akademiyasının professorudur, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri olub.

O, 9 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Bir sıra abidə və memorial növhələrin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026