• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Putin ELAN ETDİ - Sabah 15:00-da...

DÜNYA

29 Sentyabr 2022 | 14:50

Putin ELAN ETDİ - Sabah 15:00-da...

Rusiyaya yeni ərazilərin birləşdirilməsi haqqında müqavilələrin imzalanma mərasimi sentyabrın 30-da Kremldə keçiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Sabah saat 15:00-da Böyük Kreml sarayında, Müqəddəs Georgi zalında Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasına dair müqavilələrin imzalanması mərasimi keçiriləcək. Bu tədbirdə Prezident Putinin genişhəcmli çıxışı olacaq”, - Peskov bildirib.

O qeyd edib ki, bu, prezidentin Federal Məclisə müraciəti deyil, fərqli formatdır.

“Prezidentin müraciəti daha sonra baş tutacaq, biz dəqiq məlumat verəcəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, Putin işğaldan azad edilmiş ərazilərin rəhbərləri ilə sentyabrın 30-da, onların Rusiya Federasiyasına daxil olması ilə bağlı sazişlərin imzalanacağı Moskvada görüş keçirəcək.


SON XƏBƏRLƏR

14 Iyul 2025