“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki. bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Rusiya Prezidenti Türkiyəyə səfər edəcək.
Bundan əvvəl Ərdoğan Rusiya liderini Türkiyəyə dəvət etdiyini və Kremldən cavab gözlədiyini bildirmişdi.
“Bəli, bu mövzu Putin və Ərdoğan arasında son bir neçə dəfə qaldırılıb”, - deyə Peskov jurnalistlərə bildirib.
Ramid İbrahimov
















