• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Putin Qazaxıstana səfər edəcək

DÜNYA

08 Sentyabr 2022 | 14:08 | Müəllif: Subhan Mahmudov

Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 12-də Qazaxıstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, V.Putin Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda, eləcədə MDB-nin zirvə toplantısında iştirak edəcək: “Vladimir Putinin Nur-Sultanda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda və MDB sammitində iştirakı nəzərdə tutulur. Bu tədbirlər oktyabrın ortalarında daha dəqiq desək 12-14-də keçiriləcək”.

Y.Uşakov bildirib ki, Qazaxıstana səfəri zamanı V.Putinin yüksək səviyyədə “Rusiya-Mərkəzi Asiya” formatında görüş keçirəcəyi də ehtimal olunur.

Qeyd edək ki, V.Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında avqustun 19-da Soçidə görüş olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026