• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putin Ruben Vardanyanı vətəndaşlıqdan çıxardı

DÜNYA

22 Dekabr 2022 | 15:56

Putin Ruben Vardanyanı vətəndaşlıqdan çıxardı

Erməni əsilli iş adamı Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxarılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılır.

O, bu ilin noyabrın 4-də separatçıların tör-töküntüləri tərəfindən vəzifəyə təyin edilib.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasının və bölücülüklə məşğul olmasının qanunazidd addım və cinayət sayır.

Xatırladaq ki, Ruben Vardanyan 1968-ci il mayın 25-də İrəvanda anadan olub. 2011-ci ildən Rusiyanın varlıları siyahısına daxil edilib. 2021-ci ildə onun sərvətinin bir milyard dollar məbləğində olduğu bildirilirdi. Hazırda onun Rusiyadakı biznesinin ailə üzvləri və biznes tərəfdarları tərəfindən idarə edildiyi qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026