• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putindən Qarabağla bağlı AÇIQLAMA

SİYASƏT

16 Noyabr 2021 | 09:00

Putindən Qarabağla bağlı AÇIQLAMA

“Rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı deyib.

Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib.

"Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etmək və Rusiya vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək", -Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026