• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır" - Cahit Bağcı

SİYASƏT

15 Dekabr 2021 | 20:37 | Müəllif: Subhan Mahmudov

"Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır" - Cahit Bağcı

Şuşa Bəyannaməsi bizim üçün bir təlimatdır. Bu bəyanat Türkiyə və Azərbaycan əlaqələrinin hər bir sahədə genişləndirilməsi və dərinləşdirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki,bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr genişlənir.

“Şuşa bəyannaməsi bizim üçün bir təlimatdır və hər birimiz bu təlimata uyğun fəalliyyət göstəririk”, - deyə səfir bildirib.

O qeyd edib ki, 30 illik bir acının arxasınca Azərbaycan həm hərbi, həm də siyasi baxımdan böyük uğur əldə edərək Qarabağda zəfər qazandı. Müharibə zamanı Türkiyə həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında oldu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026