• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putini nüvə silahından istifadə etməkdən bu çəkindirir

DÜNYA

29 Sentyabr 2024 | 09:10 | Müəllif: Subhan Mahmudov

Putini nüvə silahından istifadə etməkdən bu çəkindirir

Rusiya Prezidenti Vladimir Putin nüvə təhdidlərinə qayıtdı və hətta nüvə doktrinasını dəyişdirərək, onun tətbiqi imkanlarını genişləndirdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

“Bu, Kiyevə Qərb raketləri ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi ehtimalının qarşısını almaq üçündür. Kiyev Kremlin təhdidlərinə cavab verməməlidir, baxmayaraq ki, düşməndən hər şeyi gözləmək olar. Putin nüvə silahından istifadə etmək istəsəydi, sərəncam verməsi kifayət idi. Rusiya nüvə silahından istifadə edərsə, bir anda onlarla ölkə nüvə silahı istehsal etməyə başlayacaq və heç kim bunu qadağan edə bilməyəcək. Çox güman ki, məhz bu təzyiq Putini taktiki nüvə silahından istifadə etməkdən çəkindirir”, - ekspert bildirib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR