• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putinin bu sözlərindən xoşumuz gəlmədi - ABŞ

DÜNYA

05 Sentyabr 2024 | 23:21 | Müəllif: Subhan Mahmudov

Putinin bu sözlərindən xoşumuz gəlmədi - ABŞ

Rusiya Prezidenti Vladimir Putinin Amerika seçkiləri ilə bağlı sözləri ABŞ administrasiyasının xoşuna gəlməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

“Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”, - Kirbi bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoritinin ölkənin hazırkı lideri Co Bayden olduğunu bildirib, lakin onun seçki yarışından geri çəkilməsindən sonra Kreml onun varisi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026