NATO-nun keçmiş baş katibi Corc Robertson çox danışılacaq açıqlama verib. O, NATO-nun keçmiş rəhbəri Putinlə görüşünün parlaq təfərrüatlarını paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya son vaxtlar “Qərb”lə münasibətlərinin ən gərgin dövrünü yaşayır.
Nəhayət, NATO-nun Moskvadakı Hərbi Əlaqə Missiyasının və İnformasiya Bürosunun fəaliyyətini dayandırmağa qərar verən Rusiya NATO-dakı rəsmi missiyasının da fəaliyyətini dayandırıb.
Ancaq belə görünür ki, 2000-ci illərin əvvəllərindəki diplomatik təmaslar uğurlu olsaydı, biz bu gün tamamilə başqa bir dünyada yaşaya bilərdik.
NATO-nun keçmiş baş katibi Corc Robertson uzun illər sonra da danışılacaq bir Putin açıqlaması verib.
1999-2004-cü illərdə NATO-ya rəhbərlik edən britaniyalı siyasətçi Rusiya prezidenti Putinin hakimiyyətinin əvvəlində alyansa qoşulmaq istədiyini açıqlayıb.
İngiltərənin Guardian qəzetində yer alan xəbərə görə, Robertson Putinin görüşdə Rusiyanın Qərbi Avropanın bir parçası olmasını istədiyini açıq şəkildə ifadə etdiyini bildirib.
Transatlantik alyansın keçmiş rəhbəri mövzu ilə bağlı verdiyi açıqlamada bu açıqlamaları verib;
"Onlar o zaman Rusiyanın kənarda olduğu təhlükəsiz, sabit və firavan qərbin bir hissəsi olmaq istəyirdilər."
Putin onlardan “Bizi nə vaxt NATO-ya üzv olmağa dəvət edəcəksiniz?” deyə soruşdu. sualını verdiyini deyən Robertson, NATO-nun ölkələri dəvət etmədiyini, ancaq üzv olmaq üçün müraciət şərtinin lazım olduğunu xatırlatdıqlarını ifadə etdi.
Robertsonun sözlərinə görə, “biz əhəmiyyət kəsb etməyən bir çox ölkələrlə uyğun deyilik” ifadəsini işlətməklə, Putin onların NATO üçün “növbəyə durmayacaqlarını” eyham edib.
Aytac Aslan
















