• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qafan merinin “Leksus”unu yandırmağa cəhd etdilər

DÜNYA

22 May 2024 | 00:42 | Müəllif: Subhan Mahmudov

Qafan merinin “Leksus”unu yandırmağa cəhd etdilər

Zəngəzur rayonunda bu gün Qafan merinin avtomobilini yandırmağa cəhd ediblər. 

Bakıvaxtıaz erməni mediasına istinadla xəbər verir ki, saat 19:30 radələrində Qafan RPŞ ilə əlaqə saxlayan vətəndaşlar Mədəniyyət Evinin və Qafan İcra Hakimiyyətinin yaxınlığında avtomobilin yanması barədə məlumat veriblər.

Yanğınsöndürənlər gələnə kimi vətəndaşlar dayanacaqda dayanmış 055 QQ 55 dövlət nömrə nişanlı “Leksus 570” markalı avtomobilin qarşısındakı yanğını söndürüblər.

Sözügedən avtomobil Qafan şəhərinin meri Gevorq Parsyana xidmət edir, lakin o, Qafanda fəaliyyət göstərən “Noroqshin” MMC-nin balansında qeydiyyatdadır.

Hüquq-mühafizə orqanları avtomobili qəsdən yandırmağa cəhd edilməsindən şübhələnirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026