• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

"Qalatasaray" Lyuka Dinlə anlaşdı

İDMAN

07 Avqust 2024 | 16:38

Qalatasaray Lyuka Dinlə anlaşdı

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə anlaşıb.

"Sarı-qırmızılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Lyuka Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 31 yaşlı oyunçu 2014-2022-ci illər aralığında Fransa millisinin heyətində 45 matçda meydanda olub.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024