• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz işlədilən kömür quyuları ləğv edildi

CƏMİYYƏT

10 Aprel 2023 | 11:38

Qanunsuz işlədilən kömür quyuları ləğv edildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, İsmayıllı, Şəki və Göygöl rayonları ərazisində, vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Rustov kənd sakini Samir Məhərrəmov, İsmayıllı rayonu, Minkə kənd sakinləri Allahverdi Mahmudov, Fərid Müseyibli, Şəki rayonu, Baş Zəyzid kənd sakini Fizuli Nəsrullayev və Göygöl rayonu, Əzgilli kənd sakini Elmar Verdiyev  olduğu müəyyən edilib.

“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”, - qurum rəsmisi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026