• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Qanunsuz süxur daşıyanlar cəzalandırılıb

CƏMİYYƏT

16 Noyabr 2021 | 12:24 | Müəllif: Subhan Mahmudov

Qanunsuz süxur daşıyanlar cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunda 42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 m3 həcmində süxurun daşındığı məlum olub.

“Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR