• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

“Qarabağ” 300-cü ev qələbəsini qazanıb

İDMAN

30 May 2023 | 00:44

“Qarabağ” 300-cü ev qələbəsini qazanıb

"Qarabağ" Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri mövsümün son matçında "Turan Tovuz"a qalib gəliblər - 3:1.

Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. "Qarabağ" bu göstəricidə mütləq rekordçudur.

Komandanın ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir "Şirvan"ını qəbul edən "Qarabağ" 6 cavabsız qolla qələbə qazanıb.


SON XƏBƏRLƏR