• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimiz rekord xalla Avropa çempionu oldu

İDMAN

28 Iyun 2023 | 23:01

Millimiz rekord xalla Avropa çempionu oldu

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

Yığmanın ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb. Türkiyə isə 113 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026