• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qarabağ” Avropanın top komandalarının yeni reytinqində irəlilədi

İDMAN

06 Iyul 2023 | 16:42

“Qarabağ” Avropanın top komandalarının yeni reytinqində irəlilədi

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.

Azərbaycanın sıralamadakı komandalarının sayı artıb. Artıq ölkəmizin 4 klubu cədvələ düşüb.

Yalnız “Qarabağ” “Top-100”də qərarlaşıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 7 pillə irəliləyib.

37 xala malik “Neftçi” 10 pillə geriləyib. Bakılılar Avropada 228-cidir.

Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada qərarlaşıb. “Qəbələ” 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2147 xala malik “Real” başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026