• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qarabağ" - "Dinamo" oyununun başlama saatı açıqlandı

İDMAN

14 Avqust 2024 | 11:35

"Qarabağ" - "Dinamo" oyununun başlama saatı açıqlandı

"Qarabağ"ın Bakıda Xorvatiyanın "Dinamo" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun başlama saatı dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Xorvatiyadakı ilk görüş isə avqustun 20-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırıb. Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfərdəki matçın əsas vaxtında 3:2 hesabı ilə qalib gəlib. Əlavə vaxtda rəqibinə dörd qol vuran "Qarabağ" 7:2 hesablı qələbəyə sevinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026