• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qarabağ” – “Kayrat” matçının stadionu bəlli oldu

İDMAN

05 Oktyabr 2021 | 16:38 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” – “Kayrat” matçının stadionu bəlli oldu

“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi ev oyununun stadionu məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-də keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oktyabrın 21-də, Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlayacaq.

“Qarabağ” Konfrans Liqasının H qrupunda 4 xalla liderdir. Ağdam təmsilçisi qrupda “Kayrat”la yanaşı, “Bazel” (İsveçrə) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026