• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Marsel" oyunu üçün bilet satışı dayandırıldı

İDMAN

20 Fevral 2022 | 14:10

"Qarabağ" - "Marsel" oyunu üçün bilet satışı dayandırıldı

Bakıda "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.

Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026