• Bakı 20° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

"Qarabağ"a məğlubiyyət bizi məyus etdi" - Barreneçea

İDMAN

17 Sentyabr 2025 | 12:20

Qarabağa məğlubiyyət bizi məyus etdi - Barreneçea

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a məğlubiyyət "Benfika"nı məyus edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Portuqaliya klubunun futbolçusu Entso Barreneçea "Sport TV"yə açıqlamasında deyib.

O, bu matçı unudub çempionata köklənəcəklərini söyləyib:

"Biz kollektiv oyun nümayiş etdirirdik, irəlidə oynayırdıq və sakit idik. UEFA Çempionlar Liqasında səhvlərə yol verilməməlidir. Nəticə bizi məyus edir. Diqqətimizi çempionat oyununa yönəltməliyik. UEFA Çempionlar Liqası fərqli yarışdır. Hətta hesabda 2:0 öndə olmaq belə rahatlaşmağa əsas vermir. Biz danışacağıq və növbəti matça köklənəcəyik".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025