• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

“Qarabağ”ın oyunu təxirə salındı

İDMAN

14 Fevral 2022 | 11:43

“Qarabağ”ın oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan “Qarabağ” – “Sumqayıt” oyunu təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransa “Marsel”i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

PFL “köhlən atlar”ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, “Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026