• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qazaxda narkokuryer saxlanıldı

HADİSƏ

30 Noyabr 2024 | 09:09

Qazaxda narkokuryer saxlanıldı

Qazaxda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Xəyal Rəhimov saxlanılıb. Ondan ümumilikdə 2 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, X. Rəhimov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayonu ərazisində gizlədilən narkotikləri satış məqsədi ilə əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini maddi qazanc müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR