• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT

22 Dekabr 2022 | 13:29 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə , təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Güclü və firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsi işində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətlə xidmət etməyinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani nəticəsidir.

Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsində səmimi marağı olan görkəmli siyasi xadim kimi tanıyırlar.

Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026