Qazaxıstan ABŞ mallarına cavab tədbiri olaraq rüsumları artırmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Astanada keçirilən mətbuat konfransında Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib.
O qeyd edib ki, Qazaxıstanın ABŞ-yə ixracının 95 %-i ölkə Prezidenti Donald Trampın təklif etdiyi rüsumları əhatə etmir. Qalan 5 % isə "kritik yük daşımır".
"Buna baxmayaraq, biz ABŞ ilə danışıqlar aparırıq", - O.Bektenov vurğulayıb.
Məlumata görə, ABŞ avqustun 1-dən etibarən Qazaxıstan mallarının idxalına 25 % həcmində rüsum tətbiq etmək niyyətini elan edib.
Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Donald Trampa cavab məktubunda Qazaxıstanın konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.