• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qazlı içkilər piylənmə yaradır

CƏMİYYƏT

27 Avqust 2022 | 02:13 | Müəllif: Qalib İbrahimoğlu

Qazlı içkilər piylənmə yaradır

Həftə ərzində keyfiyyətsiz qazlı su içmək insanlarda asılılığın yaranmasına səbəb olur.

Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssislərin apardıqları apaşdırmalar nəticəsində məlum olub ki, həmin içkilərin tərkibində olan limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, mədə xorası və digər xəstəliklərin yaranmasına aparıb çıxarır.

Həkim-endokrinoloq Aynur Muxtarovanın sözlərinə görə, qazlı içkilərin mütəmadi istifadəsi xroniki xəstəliklərə səbəb olur. Həmin xəstəliklər arasında, ilk növbədə, artıq çəkinin yaranması durur.

"Mütəmadi qazlı içki qəbul edənlərdə piylənmə normal insanlara nisbətən 1,6 dəfə çoxdur. Qazlı içkilərin tərkibindəki şəkər qəbul edildikdən ani bir müddət sonra şəkərin yüksəlməsinə səbəb olur, nəticədə insulin rezistentliyi, gələcəkdə isə onun fonunda şəkərli diabet inkişaf edir”.

Həkimləri həmin içkilərin əvəzinə orqanizmə xeyirli olan təbii süfrə suyunun qəbul edilməsini məsləhət görür. Qeyd olunur ki, natriumla zəngin təbii süfrə suları təzyiqi aşağı olanlara müsbət təsir göstərir. Yuxarı təzyiqi olanlar isə ona limon əlavə edərək qəbul edə bilərlər. Həmin suların tərkibi kalium, maqnezium, natrium, kükürd və bir çox başqa elementlərlə zəngindir.

Həkim deyib ki, su qəbul etmək beyində hipoksiyanın, təzyiqin aşağı düşməsinin qarşısını alır və bir sıra müsbət təsirləri var. Adi qazlaşdırılmış sudan istifadə etmək qazlaşdırılmış şirəli sudan daha yaxşıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026