• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qəbələ" məğlub oldu, "Qarabağ" çempionluğa doğru 

İDMAN

13 May 2023 | 21:20 | Müəllif: Subhan Mahmudov

"Qəbələ" məğlub oldu, "Qarabağ" çempionluğa doğru

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində daha bir oyun keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qəbələ” klubu “Turan Tovuz”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qəbələ”nin heyətində Rafael Utziq, rəqib komandadan isə Sadiq Quliyev və Xulu Siyanda fərqləniblər.

Hesabında 48 xal olan “Qəbələ” turnir cədvəlində dördüncü, Tovuz təmsilçisi isə 38 xalla altıncı pillədə qərarlaşıb.

Hazırda “Səbail” - “Qarabağ” oyunu keçirilir. Əgər bu qarşılaşmada qonaqlar qalib gəlsə, növbəti dəfə Azərbaycan çempionu olacaqlar.

Qeyd edək ki, turun açılış oyununda “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə edib. “Neftçi” - “Şamaxı” qarşılaşması ayın 14-də, “Sumqayıt” - “Sabah” matçı isə mayın 17-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026