• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəbələdə yol kənarında meyit tapıldı - YENİLƏNİB

HADİSƏ

22 Fevral 2024 | 14:55

Qəbələdə yol kənarında meyit tapıldı - YENİLƏNİB

Qəbələdə meyiti tapılan şəxslə bağlı yeni detallar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Aydınqışlaq kəndində taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib. Meyitin müayinəsi zamanı müəyyən edilib ki, boyunun damarı kəsilib. Onun intihar etdiyi ehtimal edilir.

    Həmçinin Tural Abdurahmanovun son 3-4 il ərzində alkoqol asılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.

    Tural Abdurahmanovun kənddə qəssab işləyib. Bildirilir ki, T. Abdurahmanov bu gün səhər saatlarında ailə üzvləri ilə vidalaşarq bıçaq götürərək yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır

    14:37

    ...

    Qəbələdə meyit tapılıb.

    Bakıvaxtı.az xəbər verir ki, meyit rayonun Aydınqışlaq kəndində, yolun kənarında aşkar edilib.

      Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirir.

      İlkin məlumata əsasən, meyiti tapılan şəxs 1985-ci il təvəllüdlü Abdurahmanov Tural Zabit oğludur.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      25 Noyabr 2026