• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qənirə Paşayevanın vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

CƏMİYYƏT

25 Sentyabr 2023 | 12:00

Qənirə Paşayevanın vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

Hazırda deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xəstəxanadan bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-ü deputat Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub:

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisalı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirlir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır".

 

10:27

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, Baş həkim  açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır:

“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026