• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qeyri-adi gözəllik kraliçası seçildi

DÜNYA

06 Iyul 2024 | 16:04 | Müəllif: Gülşən Şərif

Qeyri-adi gözəllik kraliçası seçildi

Tatarıstanda qeyri-adi gözəllik müsabiqəsi keçirilib və  regionda ən gözəl Holşteyn-Friz inəyi seçilib. 

Bakıvaxtı.az-ın məlumatına görə, müsabiqədə südlük cinsdən olan düyələrin - hələ bala verməmiş cavan inəklərin iştirak etdiyi bildirilir. İnəklər Macarıstanın Holşteyn-Friz Mal İstehsalçıları Milli Assosiasiyasının beynəlxalq qiymətləndiricisi Şebek Tamaşın da daxil olduğu bir qrup münsif tərəfindən qiymətləndirilib.

Münsiflər heyəti inəkləri bir neçə meyar əsasında qiymətləndirib. Belə ki, heyvanların köklüyünə, bədəninin dərinliyinə və sinəsinin eninə diqqət yetirbşlər. Temperamenti və yerişi qiymətləndirmək üçün inəkləri arenada gəzdiriblər. Bu zaman münsiflər heyvanın həmin şəxsin verdiyi istiqamətdə yeriyə bilib-bilmədiyini və onun tempi saxlayıb-saxlamadığını qeyd ediblər.


Üç finalçı olub: “Tan” kənd təsərrüfatı istehsal kooperativindən bir inək bürünc, “Krasnıy Vostok Aqro”dan bir inək gümüş, Ural kənd təsərrüfatı istehsalı kompleksindən bir düyə bu gözəllik müsabiqəsinin kraliçası kimi tanınıb.

Müsabiqənin qalibi, eləcə də gümüş və bürünc medalçılar oktyabrın əvvəlində Moskvada keçiriləcək “Qızıl payız” müsabiqə-sərgisində iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026