• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya-Ukrayna müharibəsi Afrikaya yayılır

DÜNYA

05 Avqust 2024 | 14:58 | Müəllif: Gülşən Şərif

Rusiya-Ukrayna müharibəsi Afrikaya yayılır

Mali dövləti Ukraynanı Tuareg üsyançılarına dəstək verməkdə ittiham edərək diplomatik əlaqələri kəsib.

Bakıvaxtı.az "Euronews"a istiandən xəbər verir ki, bu barədə Mali hökuməti açıqlama yayıb.

Açıqlamaya görə, Ukrayna Əlcəzair sərhədində Tuareg üsyançıları ilə ordu arasındakı qarşıdurmada üsyançılara kəşfiyyat dəstəyi verib.

Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andriy Yusov Mali ordusuna qarşı döyüşən silahlı terror qruplaşmaların dəstəklədikləri barədə bəyanat yayıb. Sözügedən bəyanatdan sonra Mali hökuməti bir sıra tədbirlər görüb:

"Müvafiq olaraq, Ukrayna ilə diplomatik əlaqələr dərhal dayandırılıb. Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Yusova və Ukraynanın Dakardakı səfiri Pyvovarova qarşı terrorçuluğu dəstəklədiklərinə görə məhkəmə tədbirləri görüləcək. Bununla bağlı Ukraynanı dəstəkləyən dövlətlərə və regional təşkilatlara xəbərdarlıq ediləcək. Ukraynaya verilən dəstək terrora dəstək kimi qiymətləndiriləcək".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026