• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qəzada yaralanan  Alişan vəfat etdi - FOTO

HADİSƏ

07 Oktyabr 2022 | 09:53

Qəzada yaralanan Alişan vəfat etdi - FOTO

İki gün əvvəl Biləsuvarda baş vermiş ağır qəzada yaralanan şəxslərdən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə minik avtomobilin toqquşması nəticəsində xəsarət alan 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində vəfat edib. Avtomobilin sürücüsü və digər sərnişinin müalicəsi isə davam etdirilir.

Qəzada vəfat edən 17 yaşlı Alişan Məhərrəmov Cəbrayıl rayonu, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbini bu il bitiribmiş.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /Qafqazinfo


Qəzada yaralanan Alişan vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026