• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Qızdırılan yorğana bürünüb yatan təqaüdçü yanaraq öldü

DÜNYA

24 Yanvar 2024 | 01:00

Qızdırılan yorğana bürünüb yatan təqaüdçü yanaraq öldü

Moskvada təqaüdçü "Ali Express"dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma nəticəsində baş verib.

Belə ki, 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb. Səhər saatlarında elektrik yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.


SON XƏBƏRLƏR