• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qızılca ilə bağlı valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

28 Aprel 2023 | 14:47

Qızılca ilə bağlı valideynlərə XƏBƏRDARLIQ

Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil:

“Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVİD-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.

Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.

Yaqut Qarayeva qeyd edib ki, bir qrupda hansısa uşaqda qızılca aşkarlanarsa, onun yayılması mümkündür:

"Bu xəstəliyi hər kəs fərqli keçirir və buna görə mütləq həkimə müraciət etmək lazımdır. Valideynlər sahə həkimlərinə uşaqlarının vəziyyəti barədə xəbər vermədikləri təqdirdə, bununla bağlı ümumi tədbir görülməsi də çətinləşir. Buna görə valideynlər uşaqlarında bu xəstəliyin əlamətlərini hiss edərlərsə, sahə həkiminə müraciət etməlidirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026