• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Qocalığın yaşı müəyyənləşdi

DÜNYA

01 Sentyabr 2024 | 23:51 | Müəllif: Gülşən Şərif

Qocalığın yaşı müəyyənləşdi

Qocalma prosesində ən dramatik dəyişikliklər insanın həyatında iki dəfə baş verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Stanford Universitetinin mütəxəssisləri müəyyən ediblər.

Tədqiqatçılar 25-75 yaş arası 108 yetkin insanda qocalmanın təsirinə məruz qalan 135.000-dən çox molekul növünü təhlil ediblər. Məlum olub ki, bu molekullar 45-65 yaş arasında əhəmiyyətli dərəcədə dəyişir.

Məlumata görə, alimlər 40 yaşdan yuxarı insanlarda spirt, kofein və yağ mübadiləsi, ürək xəstəlikləri, dəri və əzələlərlə bağlı molekullarda əhəmiyyətli dəyişikliklər müşahidə ediblər. Tədqiqatçılar dəri və əzələlərdə molekullarda, həmçinin 60 yaşdan yuxarı insanlarda karbohidrat və kofein mübadiləsi, immun tənzimləmə, böyrək funksiyası və ürək-damar xəstəlikləri ilə əlaqəli molekullarda əhəmiyyətli dəyişiklikləri qeyd ediblər.

Əgər elm adamları bu dəyişikliklərin arxasında duran hərəkətverici qüvvələri tapa bilsələr, bu yaşlarda qocalmanı yavaşlatmaq və ya hətta geri qaytarmaq yollarını tapa bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR