• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qonşu ölkədə matəm elan olundu

CƏMİYYƏT

29 Iyul 2022 | 22:34

Qonşu ölkədə matəm elan olundu

İyulun 29-da Qudauridə sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfərin faciəli şəkildə həlak olması ilə əlaqədar iyulun 30-da Gürcüstanda matəm elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, iyulun 30-da ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Həlak olanların ailələrinə müvafiq köməklik göstəriləcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026