• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Qripə yoluxanlar ev şəraitində nə etməlidir?

CƏMİYYƏT

21 Fevral 2024 | 15:48

Qripə yoluxanlar ev şəraitində nə etməlidir?

“Qripə yoluxan şəxs otağında izolə edilməlidir. İzolə edilən şəxsin tibbi maskadan istifadəsi daha məqsədəuyğundur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin "Instagram" hesabında canlı yayımda deyib.

İnkefsionist valideynləri hərarəti olan, öskürən uşaqları məktəbə göndərməməyə çağırıb.

Onun sözlərinə görə, bu virusa yoluxan məktəblilərə qarşı daha həsas yanaşmaq vacibdir.

“Qripə yoluxanların otaqlarının havasını tez-tez dəyişdirmək, onlarla təmasda olanların sayını minimuma endirmək lazımdır”, - deyə Təyyar Eyvazov qeyd edib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026