• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubada evdən oğurluq edənlər saxlanıldı

CƏMİYYƏT

09 Dekabr 2021 | 12:19 | Müəllif: Subhan Mahmudov

Qubada evdən oğurluq edənlər saxlanıldı

Quba rayonunda evdən oğurluq edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər Bakı şəhər sakini, ona məxsus Quba rayonunun Digah kəndindəki yaşayış olmayan evdən qapını sındırma yolu ilə oğurluq edildiyini bildirib.

Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Ravin Eldarov və Vilayət Ziyadxanov saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin rayonun Digah kəndindəki yaşayış olmayan evdən 1 ədəd televizor, 1 ədəd noutbuk, 1 ədəd DVD pleyer, 1 ədəd rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqları oğurladıqları müəyyən edilib.

Faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026